"Şahmat" əsərindən maraqlı sitatlar | Stefan Sveyq

"Şahmat" əsərinin keçdiyi tarix yolu
Psixoloji janrda şedevrlərdən hesab edilən “Şahmat”  əsəri alman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunaraq Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

Şahmat da sevgi kimidir,gərək mütləq tərəf-müqabilin olsun..

Şahmat, Stefan Sveyq

 


 

  • Hansı sənətdə olur-olsun, öz işinin ustaları həm də ən yaxşı tacirdirlər.
  • Ömrümdə ağlıma gətirməzdim ki, qara və ağ fiqurları o yan-bu yana çəkmək belə gəlirli iş sayılarmış.
  • Mən hələlik ilkin ləzzəti dadmaq istəyirdim, yanımda kitabın olması ləzzətini.
  • Susduğum şeylər var. Heç danışmadığım şeylər, içində itdiyim şəhərlər və içimdə itib gedən insanlar var...
  • "..məni eşitmədi. Bəlkə də artıq eşitmək istəmirdi".
  • Sonunda tənha idim və artıq bundan tənha olmayacaqdım.
  • Görünür, beynimizdəki gizlin tənzimləmə mexanizmi elə güclü fəaliyyət göstərir ki, qəlbimizə yük olan, təhlükə törədə bilən şeylər onun təsirindən öz-özünə silinir.
  • Beyin eyni vaxtda bir şeyi həm bilmək, həm də bilməmək məcburiyyəti qarşısında qalır..
  • Gözləyirdin, yenə də gözləyirdin, gözləyə- gözləyə də düşünürdün, daşınırdın, beynin çatlayana qədər fikirləşirdin. Heç nə alınmırdı. Təklənirdin. Tək qalırdın. Tamam tək.
  • Cahillik dünyəvidir.
  • Məğlub edə biləcəyim tək şey, içimdəki digər mən'di.
 
"Şahmat" əsərindən maraqlı sitatlar |  Stefan Sveyq

"Şahmat" əsərindən maraqlı sitatlar |  Stefan Sveyq

Məğlubiyyətini adi bir oyunda da şəxsiyyətinin alçalması kimi qəbul edirdi.

Şahmat, Stefan Zweig

 


 

  • Yer üzündəki heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz.
  • Hələ də xoş üzlə gülümsəyən insanlar varmış.
  • "..hələ də mərhəmətlə gülümsəyə bilən insanlar vardı".
  • Fikirlərin özünə də, dayaq nöqtəsi lazımdır.
  • Bir şəkildə rahatlamağa ehtiyacım var idi, ancaq içimi tökə biləcəyim tək insan yenə özüm idim.
  • Amma insan yelbeyin və eyibli məxluqdur və bəlkə də şahmat oyunçusu kimi məqsədi yox,ancaq məqsədə çatmaq prosesini seçir.
  • İnsanın danışacaq qədər zəkaya, yada susacaq qədər ağıla sahib olmaması böyük bir bəxtsizlikdir.
  • Varlığı indiyə kimi dünya xəritəsində o qədər də ciddi qəbul olunmayan balaca bir şəhər, bəlkə, nəhayət, birinci dəfə özünə şan-şöhrət gətirəcək, dünyaya məşhur bir adam bəxş edəcəkdi.
  • Şahmatda özün özünə qarşı oynamaq, əslində, öz kölgəsi üstündən hoppanmaq kimi bir paradoksdur.
  • Mənim ikili Mənimin hər biri ,həm Qara Mən, həm də Ağ Mən bir -birinə qarşı yarışmalı oldular və hərsi öz payında udmaq, yenmək azarına ,təkəbbürlülük, səbirsizlik mərəzinə tutulmuşdular; Qara Mən kimi mən hər gedişdən sonra Ağ Mənin nə edəcətini əsə-əsə ,səbirsizliklə gözləyirdim. Mənim ikili Mənimin hər biri o birisi səhv buraxdıqda bayram edirdi, özünün uğursuzluğuna isə eyni çılğınlıqla məyus olurdu.
  • Bizə heç nə etmirdilər, sadəcə olaraq, mütləq heçliyin qoynuna atmışdılar, görünür, bilirdilər ki, yer üzündə heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz.

 


 

" ..yer üzündə şahmat və puldan başqa ayrı dəyərlərin varlığından bixəbər olduğuna görə öz-özünə vurulmağına hər cür əsası var".

Şahmat, Stefan Zweig

 

 

0 şərh